Türkiyə ballistik raketini sınaqdan keçirdi
2023-05-23 16:40:00
Hurriyyet.az xəbər verir ki, Türkiyədə “Tayfun” ballistik raketinin sınağı uğurla keçib. Silahın tezliklə orduun cəbbəxanasına daxil olacağı gözlənilir. Bu barədə məlumatı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir verib.
Sınaq Türkiyə vaxtı ilə 06:44-də keçirilib. Raket qara dəniz sahilindəki Rize-Artvin aeroportunun yaxınlığından atılıb.
“Tayfun” raketinin 561 km mənzili olduğu bildirilir. İlk dəfə 2022-ci ilin oktyabrında sınaqdan keçirilib.
Hürr Tərcüman