📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə "Bayraktar"ın yeni modelinə "Ukrayna" adı VERƏCƏK

2022-10-01 15:55:00

Türkiyə

Türkiyənin “Baykar” şirkətinin Ukraynada tikəcəyi zavodda “Bayraktar TB2” ilə yanaşı “Bayraktar Akıncı” modelləri də istehsal ediləcək.

Hurriyyet.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda məlumatı şirkətin rəhbəri Haluk Bayraktar açıqlayıb. 

“Bayraktar Akıncı” daha yüksəkdən uçma qabiliyyətinə malikdir, eyni zamanda uzun məsafəyə uçuş imkanları var. 

H.Bayraktar bildirib ki, adıçəkilən modellərlə yanaşı, yeni modellərin də istehsalı nəzərdə tutulur. Yeni modellərdən biri Ukrayna adını ala bilər.