📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə beynəlxalq sabitləşdirməyə hərbi dəstəyə hazırdır"

2026-02-19 22:13:23

Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Sabitləşdirmə Qüvvəsi çərçivəsində hərbi qüvvə təmin edilməsinə hazırlıq görüldüyünü bildirib.

Modern.az xəbər verir ki, o bunu Sülh Şurasının iclasında çıxışı zamanı Türkiyənin sülh təşəbbüslərinə dəstəyini ifadə edərək, “Türkiyə səylərinizi dəstəkləyir, cənab sədr”, — deyə vurğulayıb.

Nazir qeyd edib ki, Ankara regional və beynəlxalq sabitliyin qorunması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır və bu prosesdə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlıq etməyi davam etdirəcək.