📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə BMT TŞ-də veto hüququnu ləğv eləməyə çağırır

2022-09-23 20:27:00

Türkiyə BMT TŞ-də veto hüququnu ləğv eləməyə çağırır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ankara BMT Təhlükəsizlik Şurasında mövcud olan veto sisteminin ləğvini zəruri hesab edir, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu açıqlamanı Türkiyə nümayəndə heyətinin BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakından sonra keçirilən mətbuat konfransında verib.

Onun sözlərinə görə, veto hüququnu qərarların səs çoxluğu ilə qəbul edilməsi əvəzləyə bilər. Çavuşoğlu deyib: “Bu məsələdə ən əsası ədaləti və maksimal əhatəni təmin eləməkdir”.

Nazir xatırladıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın BMT-də islahat aparmaq çağırışına getdikcə daha çox dünya lideri qoşulur və BMT-nin Baş Assambleyasının son sessiyası da bunu göstərib.

BMT Təhlükəsizlik Şurası 15 ölkədən ibarətdir, onlardan 5 nədər daimi üzv – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa veto qoymaq hüququna malikdirlər.

Hürr Tərcüman