📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərə məhdudiyyət qoyulub?

2026-08-10 17:16:30

Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərə məhdudiyyət qoyulub?

Hazırda Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə "Reuters" Türkiyənin rəsmi şəxslərinə istinadən məlumat yayıb.

"Keçid Montrö Konvensiyasına uyğun olaraq sərbəstdir", - deyə agentlik bildirib.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" Türkiyə hökumətinin regionda Rusiya və Ukraynanın gəmilərə hücumlarının artmasından narahat olması fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırdığını yazmışdı.