📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə BRİKS ilə tərəfdaş ölkə oldu

2024-10-24 17:56:11

Türkiyə BRİKS ilə tərəfdaş ölkə oldu

13 ölkənin adı BRİKS-in tərəfdaşları siyahısına salınıb
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyə BRİKS-in tərəfdaş ölkəsi olub. 
Siyahıya 13 dövlətin adları daxil edilib. Bu dövlətlər hələ təşkilatın tamhüquqlu üzvləri olmağı planlaşdırmırlar.
13 dövlətin sırasına Türkiyə ilə yanaşı, Qazaxıstan, Əlcəzair, Belarus, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam daxil edilib. 
Qərar Kazanda keçirilmiş XVI BRİKS sammitində qəbul edilib.
Hürr Tərcüman