📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: Bizi illərdir qapı ağzında gözlədənlər...

2024-09-28 16:18:45

Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: Bizi illərdir qapı ağzında gözlədənlər...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, ölkəsinin BRİKS və ASEAN-da iştirakı regional strukturu dəyişəcək və NATO ilə münasibətlərə mane olmayacaq.

Hurriyyet.az xəbər verir ki, Türkiyənin müxtəlif regionlarla, o cümlədən Avropa, Asiya və Afrika ilə əlaqələri var və NATO üzvlüyünə görə onları kəsmək niyyətində deyil.

Ərdoğan BRİKS və ASEAN-ın iqtisadi əməkdaşlıq imkanları təklif etdiyini, lakin NATO-ya alternativ olmadığını vurğulayıb.

“Bizə “BRİKS-ə və ya başqa bir quruma qoşulmayın” deyənlər, bizi illərdir üzvü olmağa çalışdığımız Avropa Birliyinin qapısında gözləməyə məcbur edən insanlardır. Onlara baxaraq gələcəyimizi əsla təyin edə bilmərik", - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə müxtəlif regionlarla əlaqələr qurub və bu əlaqələrin inkişafı ölkəyə xeyir gətirir.

Türkiyə prezidenti ölkənin iqtisadi proqramının uğurlarını, o cümlədən inflyasiyanın aşağı salınması və kredit reytinqinin yaxşılaşdırılmasını qeyd edir: "Biz fürsətçilərlə mübarizəni qətiyyətlə davam etdirəcəyik, onlara dözməyəcəyik"./publika.az/