📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə bu görüntü ilə "ÇALXALANIR"

2026-04-19 16:00:43

Türkiyə bu görüntü ilə

Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra yayılan video Türkiyə cəmiyyətində böyük narahatlıq yaradıb.

Hurriyyet.az xəbər verir ki, görüntüdə bir uşağın "Boş-boş gəzmirik artıq. Növbəti əməl bizimdir" ifadəsini işlətdiyi diqqət çəkir.

Qeyd edək ki, Türkiyə 14 apreldə Şanlıurfanın Siverek rayonunda bir liseydə baş verən və 16 nəfərin yaralandığı hücumun şokunu geridə qoymamış ertəsi gün Kahramanmaraşdan gələn xəbərlə yenidən sarsılıb. Kahramanmaraş faciəsində biri müəllim olmaqla 9 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. /Musavat.com