Türkiyə bu gündən etibarən İsraillə ticarətdə məhdudiyyətlər tətbiq edir
2024-04-09 13:31:05
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlarla əlaqədar Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan etibarən İsrailə 54 qrup üzrə sənaye məhsullarının ixracını qadağan edib.
TASS informasiya agentliyinin məlumatına görə, məhdudiyyətlərin İsrail hərbçilərinin Fələstinin anklavını tərk edənə qədər davam edəcəyi bildirilir.
Qadağan siyahısına polad və alüminiumdan olan müxtəlif məhsulların, aviayanacağın, motor yağlarının, elektrik kabellərinin, gübrənin və digər sənaye məhsullarının daxil olduğu bildirilir.
Hürr Tərcüman