📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə bütün neft tankerlərinin sığortasını sınaqdan keçirmək üçün Bosfor boğazını bağladı

2023-01-17 16:18:00

Türkiyə bütün neft tankerlərinin sığortasını sınaqdan keçirmək üçün Bosfor boğazını bağladı

Türkiyə bütün neft tankerlərinin sığortasını sınaqdan keçirmək üçün Bosfor boğazını bağlayıb. Belə ki, Ankara Aİ və G7-nin Rusiya neftinə qiymət tavanının tətbiqindən, həmçinin Rusiya gəmilərinin dəniz sığortasına qarşı sanksiyaların tətbiqindən sonra belə bir qərar qəbul edib. Bazar ertəsi təxminən 19 xam neft daşıyan gəmi ölkə sahillərində lövbər salıb.

Dünya ictimaiyyəti hesab edir ki, Ərdoğan hökumətinin hərəkətləri qiymət tavanının tətbiqinin qlobal bazara zərər verə biləcəyini göstərir. Bunu Türkiyənin qazax mənşəli neft olan bütün tankerləri yoxlaması da təsdiqləyir. Qazax neftinin Rusiya limanlarına Qərbin sanksiyalarına düşməyən boru kəməri ilə çatdırıldığı göstərilir. Buna baxmayaraq, Ankara tədarükçülərdən neft dağılmaları və toqquşmalardan sığortanı təsdiq edən məktublar istəyir.

Hazırda Ankara benzin və dizel kimi neft məhsulları daşıyan gəmilərin 2023-cü ilin fevralına qədər keçməsinə icazə verir. Fevraldan sonra Rusiyadan bu yanacaq növlərinin idxalını məhdudlaşdıran sanksiyalar qüvvəyə minməli olacaq. Bu anda Rusiyanın "kölgə donanması" işə başlayır, məqsədi neft məhsullarının məhdudiyyətlərdən yan keçərək daşınmasıdır. Ankaranın siyasətinin çoxvektorlu olmasını nəzərə alaraq ehtimal edilə bilər ki, bu addım Qərbin beynəlxalq ticarətlə bağlı mövqeyini dəyişməyə yönəlmiş planlı bir hərəkətdir və eyni zamanda, bu Moskvaya enerji resurslarının ixracını artırmaq və onları Türkiyəyə sərfəli qiymətə satmağa hesablanmış addımdır.

Ülviyyə, Hurriyyet.az