📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə də Rusiyaya sanksiya tətbiq edir? - RƏSMİ

2022-03-02 09:34:00

Türkiyə də Rusiyaya sanksiya tətbiq edir? - RƏSMİ

Ankara Rusiya ilə əlaqəni açıq saxlamaq üçün Moskvaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı açıqlamasında deyib.

“Ölkəmizin prioritetlərini nəzərə alaraq hərəkət etməliyik. Rusiya ilə danışa bilən aktor olmalıdır. Hamı körpüləri “yandıranda” Rusiya ilə kim danışacaq? Bu kanalı açıq saxlamaq üçün sanksiyalar paketi planlaşdırmırıq”, - Kalın vurğulayıb.