Türkiyə DİN: “530 min nəfərə qədər qaçqın Suriyaya qayıdıb”
2022-10-06 11:43:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi 530 min nəfərə qədər – 526 932 nəfər qaçqının vətəni Suriyaya qayıtdığını bildirib. Bu barədə açıqlamanı Daxili İşlər nazirinin müavini İsmail Çataklı verib.
Hazırda Türkiyə ərazisində 3,6 milyondan çox (3 646 278 nəfər) suriyalı dövlətin himayəsi altında qalır.
Hürr Tərcüman