📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə diplomatiya mərkəzinə çevrilir – Almaniya kansleri Ərdoğanla görüşəcək

2022-03-09 18:20:00

Türkiyə diplomatiya mərkəzinə çevrilir – Almaniya kansleri Ərdoğanla görüşəcək

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Almaniya kansleri Türkiyəyə rəsmi səfər edəcək. AFR-in Baş naziri Olaf Şoltsun martın 14-də Ankarada Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşəcəyi gözlənilir.

2021-ci il 8 dekabr tarixindən Almaniya kansleri vəzifəsinin icrasına başlayan Olaf Şolts Türkiyəyə ilk dəfə səfər edəcək.

Bəlli olduğu kimi, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün İsrailin Baş naziri İ.Hersoqu qəbul edib. Sabah isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Həmçinin, martın 10-da Antaliya Diplomatik Forumu çərçivəsində, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun görüşəcəyi gözlənilir. Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan da Antalya Diplomatik Forumunda iştirak edəcəyini bildirib.

 Hürr Tərcüman