📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə dronları türk respublikasında istehsal ediləcək

2022-05-11 14:28:00

Türkiyə dronları türk respublikasında istehsal ediləcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün Türkiyənin TUSAS dövlət aerokosmik sənaye şirkəti ilə “Kazakhistan Engineering” şirkəti arasında birgə silahlı dron istehsalı ilə bağlı müqavilə imzalanıb.

Türkiyə ilə Qazaxıstan Türkiyənin ANKA Silahlı Pilotsuz Uçuş Aparatının (SPUA) birgə istehsalına başlayacaqlar.

Əldə edilən razılaşmaya görə Qazaxıstana müvafiq texnologiya veriləcək. Qazaxıstan ANKA dronlarının xaricdəki ilk istehsal mərkəzinə çevriləcək.

ANKA dronu havada 30 saatdan artıq qala və 350 kiloqram yük götürə bilir. PUA-nın maksimal qalxma hündürlüyü 30 min fut, uçuş məsafəsi isə 250 km-dir.

Türkiyə ANKA dronlarını 2021-ci ildən bəri Qazaxıstana ixrac eləməyə başlayıb.

Hürr Tərcüman