📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə elektromobilinin qiyməti açıqlandı – satışa hazırdır

2023-03-14 16:44:00

Türkiyə elektromobilinin qiyməti açıqlandı  – satışa hazırdır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyədə ölkənin yerli istehsalı olan “Togg” elektromobillərinin qiyməti açıqlanıb. 2023-cü il martın 16-dan 27-nə qədər ötən dövr ərzində “Togg T10X”  modelini 953 min lirəyə sifariş etmək olar.

Avtomobili “Togg” saytında, yaxud da “Trumore” elektron platformasında sifariş etmək mümkündür.

“Togg T10X” modeli  4,8 saniyə ərzində 100 km/saata qədər sürət yığa bilir.

Avtomobili istehsal edən müəssisə Bursa vilayətində yerləşir.

Hürr Tərcüman