📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə enerji daşıyıcılarının idxalından azad olacaq

2022-12-21 14:55:00

Türkiyə enerji daşıyıcılarının idxalından azad olacaq

Hurriyyet.az xəbər “Anadolu Agentliyi”nə istinadla verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ankarada rəhbərlik elədiyi AKP partiyasının parlamentdəki çıxışı zamanı Türkiyə hökumətinin uğurlu addımları sayəsində ölkənin energetika gücünün 3 dəfə – o 103 min MVt-a qədər artırılmasına imkan verəcəyini bildirib.

Ərdoğan deyib: “Qara dənizin Türkiyəyə məxsus sektorundakı “Sakarya” qaz yatağının istismarının tez bir zamanda başlanması, həmçinin “Akkuyu” AES-in işə salınması Türkiyənin enerji təhlükəsizliyinə sanballı töfhə verəcəkdir. Ölkənin enerji daşıyıclarının idxalından tamamilə azad edilməsi üçün addımlar atmağa davam edəcəyik. Ölkəmizin prioritet hədəflərindən biri bərpa edilən enerji olacaqdır. Hökumətin məqsədi – ölkəni dünyanın on aparıcı iqtisadiyyatınının siyahısına salmaqdır”.

Hürr Tərcüman