📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə enerji sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq"-Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzdən AÇIQLAMA

2022-08-11 13:57:00

Türkiyə enerji sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, Ankaranın Moskva, Bakı və Tehranla mövcud qaz tədarükü müqavilələri var.
"Biz onlarla əlaqə saxlayırıq. Lazım gələrsə, tədarükü artıra bilərik", deyə o, "Anadolu"ya müsahibəsində vurğulayıb.

Ülviyyə, Hurriyyet.az