Türkiyə-Ermənistan danışıqları: ilin sonuna qədər hava yükdaşımaları başlanacaq, sərhəd məntəqəsi açılacaq
Birbaşa ticarət imkanları araşdırılır
Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Ankara ilə İrəvaanın təmsilçiləri Türkiyə ilə Ermənistan arasında hava yükdaşımalarının perspektivlərini, həmçinin, Əlican sərhəd məntəqəsinin açılışı məsələləsini müzakirə ediblər.
Qəzetin yazdığına görə, cari ilin sonuna qədər hava yükdaşımaları başlana bilər.
Əlican sərhəd məntəqəsinin açılışı isə əsaslı təmirə ehtiyacı olan 128 metrlik körpünün işə salınmasının geçikməsi üzündən ləngiyir.
Xəbərdə bildirilir ki, bir neçə həftə bundan əvvəl bu məsələlərlə bağlı ekspertlərin görüşü keçirilib. Regiondakı hava şəraiti səbəbindən konnkret addımların atılması üçün bir qədər də vaxt lazımdır.
Həmçinin, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün texniki araşdırma aparılıb.
Hürr Tərcüman