📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə-Ermənistan sərhədində HADİSƏ: Yaralanan var

2022-07-25 17:20:00

Türkiyə-Ermənistan sərhədində HADİSƏ: Yaralanan var

Türkiyə-Ermənistan sərhədində mina partlayıb.

Hurriyyet.az “Kars Güncel”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Partlayış Qars şəhərinin Arpaçay rayonunda baş verib.

Qeyd edək ki, həmin ərazidə minalardan təmizlənmə işləri həyata keçiriir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın həmin əraziyə səfərinə dair məlumat yayılmışdı.