📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyə əsgərini təhlükəyə atmaqdan söhbət gedə bilməz” - Hulusi Akar

2021-08-12 11:21:00

“Türkiyə əsgərini təhlükəyə atmaqdan söhbət gedə bilməz” - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Pakistana rəsmi səfəri başa çatıb.

“Report” xəbər verir ki, səfərin yekunlarını dəyərləndirən nazir Əfqanıstanın Kabil şəhərindəki hava limanının Türkiyənin nəzarətinə verilməsindən də danışıb.

“Kabildəki beynəlxalq hava limanı ilə bağlı məsələlərdə Türkiyə əsgərini təhlükəyə atmaqdan söhbət gedə bilməz. Pakistanlı qardaşlarımızla görüşlərdə hava limanının nəzarətə götürülməsi ilə bağlı zəruri şərtlərin təminində fikirlərimiz üst-üstə düşdü”, - H.Akar bəyan edib.