📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə "Eurofighter” qırıcılarını əldə etməyə yaxındır

2024-10-18 13:18:51

Türkiyə

Türkiyə "Eurofighter” qırıcılarının alınması ilə bağlı London və Madriddən müsbət siqnallar alıb, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global” telekanalına müsahibəsində deyib.

Bundan əvvəl AHaber telekanalı Almaniyanın Türkiyə ilə Eurofighter qırıcılarının tədarükü ilə bağlı texniki danışıqlara başlamağa razılaşdığını bildirmişdi. Ankara artıq Böyük Britaniya və İspaniyadan razılıq alıb 40 təyyarə almağı planlaşdırır. Hazırda Almaniyanın etirazlarını aradan qaldırmaq üçün Berlinlə danışıqlar aparılır.

Ülviyyə, Hurriyyet.az