📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir

2026-04-28 16:22:29

Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

"Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur", - paylaşımda bildirilib.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.