"Türkiyə F16 mühərriklərini öz qırıcılarına quraşdırmağı planlaşdırır"
Hurriyyet.az xəbər verir ki, "Blumberq" (Bloomberg) nəşri Türkiyənin F-16 təyyarələri üçün mühərriklər istehsal eləməyi və öz qırıcılarını da həmin mühərriklərlə təmin eləməyi planlaşdırdığını yazıb. Nəşrin yazdığına görə, Ankara öz modellərini hazırlayana qədər, beşinci nəsil Kaan təyyarələrinin hər birini 2 ədəd F110 ilə təmin eləmək niyyətindədir.
"Bloomberg" agentliyi öz mənbələrinə istinadla yazıb: "Türkiyə öz ərazisində Amerikanın "General Electric" şirkətinin F-16 qırıcılarında istifadə edilən F110 mühərriklərinin istehsalına başlamaq istəyir. Ankara "Turkish Aerospace Industries" şikrətinin beşinci nəsil hərbi təyyarələrini həmin mühərriklərlə təmin etməyi planlaşdırır". Nəşrin məlumatına görə, Ankara artıq Vaşinqtondan bu mühərriklərin birgə istehsalında iştirak üçün icazə istəyib. Türkiyə öz mühərrik modellərini hazırlayana qədər onlardan istifadə eləmək niyyətindədir.
Hürr Tərcüman