Türkiyə futbolunda görünməmiş hadisə: İdmanla vidalaşan 41 yaşlı hücumçunu komandaya çağırdılar
2022-07-11 22:29:00
Türkiyənin futbol üzrə 2-ci liqasında maraqlı hadisə qeydə alınıb.
“Altay” klubu 41 yaşlı keçmiş hücumçusu Murat Uluçu yenidən komandaya cəlb edib. 2019-cu ildə futbolla vidalaşan futbolçunun komandaya çağırılmasına səbəb “Altay” klubuna transfer qadağasının qoyulmasıdır. Üstəlik “Altay”ın hücumçuları da klubu tərk edib. Hazırda klubda 1 hücumçu var. Alternativ hücumçusu olmayan klub 41 yaşlı futbolçu ilə problemi aradan qaldırmağa çalışır. Bildirilir ki, Murat Uluç artıq məşqlərə başlayıb. Onun məşqlərdə nümayiş etdirdiyi oyun təqdir edilib. \\Metbuat