“Türkiyə gözəli” də deputat seçildi - Fotolar
2023-05-15 23:24:00
Mayın 14-də keçirilən parlament seçkilərində "Türkiyə gözəli" Seda Sarıbaş da deputat seçilib.
Bu barədə "CNN Türk" məlumat yayıb.
Sarıbaş 2006-cı ildə "Türkiyə gözəli" seçilib.
O, Qazi və Anadolu universitetlərində təhsil alıb.
Qeyd edək ki, Seda Sarıbaş iki uşaq anasıdır.


Qafqazinfo.Az