📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Gürcüstana NATO texnikası verəcək

2022-10-07 15:51:00

Türkiyə Gürcüstana NATO texnikası verəcək

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Türkiyədən NATO tipli yeni zirehli transportyorlar alacaq. Bu barədə açıqlamanı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti verib.

Açıqlamada deyilir ki, nəqliyyat vasitələrinin tədarükü ilə bağlı müqavilə Türkiyə Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT şirkəti ilə imzalanıb. “Gürcüstan Müdafiə Qüvvələrinin bu zirehli maşınla təchiz edilməsi Gürcüstanın müdafiə bacarıqlarının gücləndirilməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək”, - deyə məlumatda bildirilir.

Hürr Tərcüman