📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə hərbçiləri İraqda 11 terrorçunu məhv etdi

2024-07-13 14:42:10

Türkiyə hərbçiləri İraqda 11 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü zərərsizləşdirib.  

Hurriyyet.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib. 

Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub. /Yenisabah.az/