Türkiyə hərbçiləri qələbə çaldılar
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin silahlı qüvvələri "Avropanın ən yaxşı snayper komandası" müsabiqəsində birinci yeri qazanıblar.
Quru Qoşunları Komandanlığının komandası yarışı birinci pillədə, Xüsusi Təyinatlıların komandası isə ikinci pillədə başa vurub.
"Avropanın ən yaxşı snayper komandası" müsabiqəsinin 8-ci yarışı Almaniyada keçirilib. 4-12 avqust tarixlərində Almaniyanın Hoenfels təlim mərkəzində keçirilən yarışın təşkilatçısı ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığı olub.
Yarışda Türkiyə ilə yanaşı, ABŞ, Fransa, Belçika, Almaniya, İtaliya, Yunanıstan, Hollandiya, İspaniya, İsveçrə, Kanada, Çexiya, Estoniya, Finlandiya, Macarıstan, İrlandiya, Litva, Lüksemburq və Sloveniya komandaları iştirak ediblər. Ümumilikdə müsabiqədə 19 ölkə 36 komanda ilə təmsil olunub.
Türkiyəni iki komanda təmsil edib.
Hürr Tərcüman