📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə hərbçiləri Suriyanın şimalından edilən terror hücumunu dəf ediblər

2023-01-21 10:54:00

Türkiyə hərbçiləri Suriyanın şimalından edilən terror hücumunu dəf ediblər

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı Tel-Rüfət rayonunda 11 nəfər PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Nazirliyin açıqlamasında bildirilir ki, terrorçular reaktiv sistemdən atəş açdıqdan sonra hücum dəf edilib, Türkiyə hərbçiləri arasında itki və yaralı yoxdur. Terrorçuların hücum elədikləri mövqelər aşkar edilərək cavab atəşi ilə hədəfə alınıb.

Nazirliyin açıqlamasında deyilir: “Biz heç vaxt heç bir terror aktını cavabsız qoymamışıq və qoymayacağıq”.

Hürr Tərcüman