📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Türkiyə hərbçilərinə xain hücum terrorçulara baha başa gəldi"

2023-12-23 15:54:32

İraqın şimalında şəhid olan Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisinin qanı yerdə qalmadı.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də “Yüz ilin dəyişimi İstanbul” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi: “İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir”.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.

bakupost.az