📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

2022-11-02 09:08:00

Türkiyə hərbçilərinin Azərbaycanda xidmət müddəti uzadılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi  noyabrın 1-də  bu ölkənin Böyük Millət Məclisində qəbul olunub.

Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan bununla bağlı qanun layihəsi noyabrın 1-də bu ölkənin Böyük Millət Məclisində qəbul olunub.

Azərbaycanın işğaldan azad edilən ərazisində (Ağdam rayonu) müvəqqəti yerləşdirildiyi açıqlanan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı (birillik) bundan əvvəl də 2021-ci ildə bir il uzadılıb.

Bu mərkəz 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq yaradılmışdı. Mərkəzin məqsədi atəşkəslə bağlı monitorinqlər aparmaqdır.