Türkiyə hökuməti toplanır: erməni təxribatı gündəmdə
2021-11-22 10:06:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sabah hökumətin iclası baş tutacaq.
Hurriyyet.az xəbər verir ki, iclasda Suriya, Liviya və Şərqi Aralıqdakı durum, həmçinin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq.
Bundan əlavə, iclasın gündəliyinə terrorizmə qarşı mübarizə məsələləri də daxildir.