Türkiyə iki ölkədə antiterror əməliyyatları aparıb
2024-09-17 11:46:33
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə hərbçiləri İraq ilə Suriya dövlətlərinin şimalında 6 nəfər terrorçunu zərərsizləşdiriblər. İraqın şimalındakı Asos rayonunda 4 nəfər PKK terrorçusu, "Fərat qalxanı" bölgəsində isə 2 nəfər YPG/PKK terrorçusu zərərsizləşdirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi PKK təhdidinin tamamilə yox edilməsi məsələsində qətiyyətli olduqlarını bəyan edib.
Hürr Tərcüman