📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə Ermənistan nümayəndələrinin ikinci görüşü keçirildi

2022-02-24 16:47:00

Türkiyə ilə Ermənistan nümayəndələrinin ikinci görüşü keçirildi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin – Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç ilə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın ikinci görüşü keçirilib. Görüşdə məqsəd iki ölkə arasındakı münasibətlərin normallaşdırılması üçün səy göstərməkdir. Təmsilçilərin ilk görüşü 14 yanvar tarixində, Moskva şəhərində baş tutmuşdu.

Hürr Tərcüman