📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə Ermənistanın nümayəndələri iyulun 1-də görüşəcəklər

2022-06-28 13:50:00

Türkiyə ilə Ermənistanın nümayəndələri iyulun 1-də görüşəcəklər

Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan iyulun 1-də Vyanada növbəti görüşlərini keçirəcəklər.

Xatırladaq ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar ötən ilin dekabr ayında başlanıb. Türkiyəni ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistanı isə parlamentin vitse-spikeri Ruben Rubinyan təmsil edir. Danışıqların birinci mərhələsi Moskvada keçirilib, ardından Vyanada iki görüş olub.

Hürr Tərcüman