📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrin görüşü keçiriləcək

2022-04-14 14:15:00

Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrin görüşü keçiriləcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə ilə Ermənitanın xüsusi nümayəndələri Vyanada görüşəcəklər. Bu barədə açıqlamanı Türkiyə Xİn rəhbəri Mövlud Çavuşoğlu verib.

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç ilə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanın görüşünün dəqiq tarixi açıqlanmayıb.

Çavuşoğlu Ermənistana cəsarətli olmağa çağıraraq deyib: “Türkiyə tərəfi xüsusi nümayəndələrin görüşünü İrəvanda keçirməyi təklif etsə də, Ermənistan buna razılıq verməyib”.

XİN rəhbəri Ankaranın Bakı ilə İrəvanın münasibətlərinin normallaşdırılmasını dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadın formalaşdırılması üçün addımların reallaşdırıldığını da qeyd edib.

Çavuşoğlu deyib: “Birgə sərhəd komissiyasının yaradılması üçün razılaşma ilə sülh müqaviləsi əldə edilməsinə nail oluması vacibdir. Biz bu prosesləri dəstəkləyirik. Cənubi Qafqazın çiçəklənməsi üçün region ölkələrinin münasibətlərinin normallaşdırılması zəruridir”.

Xatırladaq ki, Ankara ilə İrəvan arasındakı münasibətlərin normallaşdırılması prossesi ötən ilin dekabrında işə salınıb. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada, ikincisi fevralın 24-də Vyanada keçirilib.

Hürr Tərcüman