Türkiyə ilə münasibətlərin normallaşması prosesinə sadiqik - Ermənistan XIN
2024-07-26 10:15:01
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya ölkənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN-dən bildirilib ki, cəmiyyət yalnız aydın razılaşmalar olduqda zamanla bağlı məlumat əldə edəcək. (Report)