“Türkiyə ilə "müsbət siqnallar"ın mübadiləsi Ermənistan üçün yeni tələdir” - Tiqran Abramyan
2021-08-31 15:45:00
“Ermənistan hakimiyyətinin “Türkiyədən müsbət siqnallar alırıq və pozitiv siqnallar ötürməyə hazırıq” çağırışı yeni bir tələdir”.
Hurriyyet.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “şərəfim var” fraksiyasından seçilən deputat Tiqran Abramyan səsləndirib. O bildirib ki, Ermənistan hakimiyyəti ölkəni bu tələyə cəlb etməyə çalışır.
Abramyan əlavə edib ki, Ermənistanın indiki hakimiyyəti Türkiyə ilə “dostluqdan” gözlədikləri nəticələri və riskləri erməni xalqından gizlətməyə çalışır.