Türkiyə ilə normallaşmaya hazırıq, lakin... - Rubinyan
2025-03-12 20:07:29
Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına tam hazırdır.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə Ermənistan xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O qeyd edib ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətlərin normallaşmasına hazırdır:
“Əgər Türkiyənin siyasi iradəsi olarsa, hər şey çox tez həyata keçiriləcək”. \\Axar.Az