📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə Qətər razılaşdı – Kabul aeroportunu birgə idarə edəcəklər

2021-12-23 17:20:00

Türkiyə ilə Qətər razılaşdı – Kabul aeroportunu birgə idarə edəcəklər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, diplomatik mənbələr Türkiyə ilə Qətər arasında Əfqanıstanın paytaxtında yerləşən Kabul Beynəlxalq Hava Limanının birlikdə idarə edilməsi ilə bağlı razılaşmanın əldə edildiyini bildiriblər. Razılamanın Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Dohada səfərdə olduğu zaman əldə edildiyi xəbər verilir.

Razılaşma ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hürr Tərcüman