Türkiyə ilə Rusiya hərbçiləri Suriyada birgə fəaliyyət göstərəcəklər
2024-07-25 15:15:44
Hurriyyet.az xəbər verir ki, Türkiyə ilə Rusiya Suriyanın şimalında birgə patrulluq təcrübəsini təkrar etmək istəyirlər.
Türkiyə ilə Rusiyanın müdafiə nazirlikləri Suriyanın şimalında yerləşən M-4 şossesində birgə patrulluq xidmətinin dörd illik fasilədən sonra bərpa olunması üçün danışıqlar aparırlar. Bu barədə TRT Haber kanalı Türkiyənin Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat verib.
Məlumatda deyilir: "Türkiyənin Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatı üçün zəruri səylər göstərirlər və gələcəkdə də bu istiqamətdə çalışmağa davam edəcəklər. Bu baxımdan ilk növbədə M-4 yolunun təhlükəsizliyinin təmin olunmasından danışırıq. Bu məsələ ilə bağlı danışıqlarımız davam edir".
Hürr Tərcüman