Türkiyə ilə Rusiya mütəxəssisləri qaz qovşağı məsələsini müzakirə edirlər
Hurriyyet.az “Vesnik Kavkaza” portalına istinadla xəbər verir ki, Rusiya ilə Türkiyə qaz qovşağının yaradılması məsələsini ekspert səviyyəsində müzakirə edirlər. Bu barədə açıqlamanı Rusiya federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Alekset Yerxov verib.
Səfir Türkiyənin “Dünya” nəşrinə müsahibəsində deyib: “Mənim bildiyimə görə, hazırda ölkələrimiz bu məsələni ekspert səviyyəsində müzakirə edirlər. Əlbəttə ki, burada detallar çox mühümdür. Razılaşmalar əldə edilən kimi bizə məlumat veriləcək”.
Rusiya ilə Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması barəsində göstəriş veriblər. Bu qovşağın sayəsində Rusiya qazını “şimal axın”larından Qara dəniz və Türkiyə regionlarına nəqli mümkün olacaq.
Hürr Tərcüman