Türkiyə ilə Səudiyyə Ərəbistanı BRİKS-ə daxil olacaqlar
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin BRİKS təşkilatına qoşulmaq istədikləri barəsində məlumat yayılıb. Rusiyanın “İzvestiya” qəzetinin yazdığına görə, dövlətlərin belə bir planı olduğu barəsində açıqlamanı qrupun beynəlxalq forumunun prezidenti Purnima Anand verib. Pirnuma Anand deyib ki, mövzu BRİKS liderlərinin 14-cü sammitində Rusiya, Çin və Hindistan tərəfindən müzakirə edilib.
Adı çəkilən dövlətlər təşkilata qoşulmaqda maraqlı olduqlarını bildiriblər və üzvlük üçün müraciət eləməyə hazırlaşırlar.
Anand deyib: “Məncə, bu, yaxşı addımdır. Genişlənmə həmişə pozitiv qarşılanır. Bu, BRİKS-i bütün dünyada gücləndirəcəkdir”.
Anandın sözlərində görə, birləşmə çox vaxt aparmayacaq, çünki həmin ölkələr artıq daxil olma mərhələsindədirlər. Lakin dövlətlərin hamısı eyni vaxtda BRİKS-ə daxil olmayacaqlar. İran, Argentina, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin daxil olması barəsində müzakirələr artıq 2023-cü ildə CAR-da keçiriləcək növbəti sammitdə aparıla bilər. Hələlik bu sammitin dəqiq tarixi müəyyənləşdirilməyib.
P.S. BRİKS – beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.
BRICS üzvləri ən sürətli inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər.
Braziliya — kənd təsərrüfatı məhsulları ilə zəngindir;
Rusiya — dünyada ən böyük mineral resursların ixracatçısıdır;
Hindistan — ucuz intellektual resurslar;
Çin — ucuz əmək resurslarının sahibidir;
Cənubi-Afrika respublikası — təbii resurslar.
Hürr Tərcüman