📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilə Ukrayna hərbi kəşfiyyat sahəsində əməkdaşlığı gücləndiriləcəklər

2022-01-06 12:03:00

Türkiyə ilə Ukrayna hərbi kəşfiyyat sahəsində əməkdaşlığı gücləndiriləcəklər

Hurriyyet.az “Anadolu Agentliyi”nı istinadla xəbər verir ki, Türkiyə ilə Ukraynanın hərbi kəşfiyyatlarının rəhbərləri dünyada, Qara dəniz regionunda və Ukrayna ətrafında vəziyyəti,  təhlükəsizlik məsələlərini, hadisələrin inkişafını müzakirə ediblər. İki tərəf arasında əməkdaşlığı dərinləşdirmək barəsində razılıq əldə edilib. Bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi “Feysbuk” səhifəsində dərc edib.

Açıqlamada deyilir: “Bu günlərdə Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Türkiyə Respublikasına səfər edib. Səfər zamanı o, türkiyəli həmkarı general-leytenant Rafet Dalkıran ilə görüşüb”.

Tərəflər hər iki ölkənin milli təhlükəsizliyinə qarşı cari və perspektiv təhlükələri, təhlükələrin mənbələrini, eskalasiya risklərini, onları neytrallaşdırmaq imkanlarını müzakirə ediblər. Görüş zamanı Ukrayna və Türkiyə hərbi kəşfiyyatlarının əməkdaşlığının fəallaşması və dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Hürr Tərcüman