📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə ilk milli dəniz topunu istehsal edir! Ərdoğan: “Açıq və gizli embarqolar tarixdə qalacaq”

2021-12-02 14:59:00

Türkiyə ilk milli dəniz topunu istehsal edir! Ərdoğan: “Açıq və gizli embarqolar tarixdə qalacaq”

Hurriyyet.az Türkiyənin “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dəniz topu istehsalı sahəsində də Türkiyənin xaricdən asılılığını aradan qaldırmağı hədəfə çevirdiklərini bəyan edib: “Xüsusilə də son dövrdə xaricdən gələn məhsulların həm qiymətində, həm də təminat müddətində ciddi problemlərlə qarşılaşırıq. Həmçinin, görünən və görünməz bir çox embarqolara və əngəlləmə cəhdlərinə məruz qalırdıq. Türkiyə inkişaf etdirdiyi milli dəniz topu ilə artıq bu silah sistemini istehsal edən azsaylı ölkələr arasındadır. Artıq xaricdən tədarük zamanı məruz qaldığımız gizli embarqolar ilə yüksək maliyyə dəyəri tarixdə qalacaqdır”.

Prezident Ərdoğan bu sözləri Maşınqayırma və Kimya Sənayesinin “Milli Dəniz Topu” adlı sınaq mərasiminə videoismarıcında söyləyib.

 

Hürr Tərcüman