Türkiyə insanları Mariupoldan çıxarmaq üçün gəmilər göndərir
2022-04-13 15:28:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Mariupol sakinlərinin evakuasiyası üçün Türkiyənin bir neçə gəmi ayırdığını bəyan edib.
Nazir bildirib ki, yaxın zamanda bu məsələ ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Bundan savayı, Türkiyə həm Rusiya, həm də Ukraynanın müdafiə nazirlikləri ilə əlaqə saxlayır.
H.Akar deyib: “Gəmilərin ayrılması da daxil olmaqla, təhlükəsiz evakuasiya üçün zəruri olan hər şeyi eləmişik. Yaxın günlərdə bu planda müsbət irəliləyişlər olacaq, hadisələrin inkişafını səbrsizliklə gözləyirik”.
Rusiyanın Müdafiə Nazirliyi Mariupolun 134 299 nəfər sakininin şəhərdən çıxarıldığını bildirib.
Hürr Tərcüman