📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İrana hücum edəcək? - Rəsmi açıqlama

2026-02-25 10:12:34

Türkiyə İrana hücum edəcək? - Rəsmi açıqlama

Türkiyə Rabitə İdarəsi bəzi media orqanlarında Türkiyənin İran ərazisini hədəf almağı planlaşdırdığı iddiaları ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda sözügedən iddialar təkzib edilib.

"Bəzi mətbuat və media orqanlarında ABŞ-ın İrana hücum edəcəyi təqdirdə Türkiyənin təhlükəsizlik səbəbləri ilə İran ərazisinə hücum etməyi planlaşdırdığı iddiaları dezinformasiya ehtiva edir. Qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə həmişə hörmət edən dövlətimiz, böhranlar olub-olmamasından asılı olmayaraq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün lazımi tədbirləri görür", - bəyanatda qeyd olunub.