📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə İranla sərhədinə qoşun toplayır

2021-10-01 13:55:00

Türkiyə İranla sərhədinə qoşun toplayır

Türkiyə İranla sərhəd ərazilərə hərbi texnika toplamağa davam edir.

Hurriyyet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakyari vilayətində artilleriya vasitələri və zirehli texnika kolonunun hərəkəti müşahidə olunub.

Bundan başqa, Türkiyə PUA-ları İran və Ermənistanla sərhəd boyu uçuşlarını intensivləşdiriblər.

Xatırladaq ki, İran son günlər Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlər keçirir.