Türkiyə İraq ilə Suriya ərazilərində əməliyyatlar keçirib
2024-06-03 18:35:36
Hurriyyet.az "Anadolu agentliyi"nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraq ilə Suriyanın şimal ərazilərində 4 nəfər terrorçunun zərərsizləşdirildiyini bildirib.
Nazirliyin açıqlamasında Suriyanın şimalındakı "Fərat qalxanı" əməliyyatı bölgəsində 3 nəfər, İraqın şimalındakı Hakurk rayonunda isə 1 nəfər terrorçunun zərərsizləşdirildiyi bildirilir.
Hürr Tərcüman