Türkiyə İraq ilə Suriyada 71 əməliyyat keçirib
2023-12-27 15:14:32
Hurriyyet.az xəbər verir ki, Türkiyənin millli müdafiə naziri Yaşar Güler ölkənin yüksək vəzifəli hərbi məmurları ilə birlikdə onlayn iclas keçirib. Güler son günlərki antiterror əməliyyatlarından danışarkən deyib: "İraqın və Suriyanın şimalında 71 hədəfə qarşı hava əməliyyatı keçirdik. Əməliyyatlar, döyüşlər və digər vasitələrlə ümumilikdə 59 terrorçu zərərsizləşdirildi".
Hürr Tərcüman